"Qalatasaray"dan Mario Lemina ilə bağlı qərar

19:21 25.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mario Lemina ilə bağlı qərar verib.

Hafta.az xəbər verir ki, İstanbul nəhəngi qabonlu yarımmüdafiəçini komandada saxlayacaq.

"Sarı-qırmızılar" 32 yaşlı dayaq yarımmüdafiəçisinin sözləşməsinin müddətini daha 1 il uzadacaq.

Qeyd edək ki, "Qalatasaray" Mario Leminanı 2025-ci ilin yayında "Vulverhempton"dan transfer edib.